Bu gün Göyçay şəhərində qətl hadisəsi törədilib. Lent.az-ın məlumatına görə, rayon sakini Rahim Məmmədov münaqişə zəminində qonşusu Elvin Adığözəlovu bıçaqla qətlə yetirib.
Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub. Onun sərxoş halda olması müəyyən edilib.
Araşdırmalar davam etdirilir.