Sumqayıt şəhərində ölümlə nəticələnən daha bir ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, şəhərin Koroğlu küçəsində "BMW" və "VAZ 2106" markalı iki minik avtomobili toqquşub. Nəticədə "VAZ 2106"da olan 58 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Avtomobilin 60 yaşlı sürücüsü və 5 yaşlı sərnişin oğlan müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.