Baş Prokururluq: bir qrup vəzifəli şəxsə cinayət işi açılıb
11 iyul 2014 13:05 (UTC +04:00)

Baş Prokururluq: bir qrup vəzifəli şəxsə cinayət işi açılıb

0

Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı Beyləqan rayonunun Şərq qəsəbəsi,  Allahyarlı, Bolsulu və Eyvazalılar kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kənd sakinlərinin guya buğda əkmələri barədə sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələri müəyyənləşdirilib. Buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılmış 14 min 278  manat pul vəsaitinin mənimsənilməsində və israf olunmasında şübhələr üçün əsaslar olduğundan həmin şəxslər barəsində Cinayət Məcəlləsinin  179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5309

Oxşar yazılar