Bakının mərkəzində özünü yandıran şəxsin kimliyi bilindi - YENİLƏNİB
14 mart 2016 10:32 (UTC +04:00)

Bakının mərkəzində özünü yandıran şəxsin kimliyi bilindi - YENİLƏNİB

0

Martın 9-da Bakının mərkəzində özünü yandıraraq intihar edən şəxsin kimliyi müəyyənləşib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Niyazi küçəsi 3 ünvanının qarşısında (Filarmoniya bağı) özünü yandıraraq intihar etmiş şəxsin 1963-cü ildə anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12, mən. 6-da qeydiyyatda olan, tüfeyli həyat tərzi keçirən Nadirov Tariyel Kamal oğlu olduğu müəyyən edilib. T.Nadirov subay imiş. 

 

Bildirilir ki, o, üzərinə 2 litrə yaxın benzin tökərək özünə od vurub və tamamilə yanaraq hadisə yerində vəfat edib.

 

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

*****

 

10 mart

 

Dünən sübh saatlarında Filarmoniya bağında özünü yandıraraq intihar edən şəxsin kimliyini müəyyənləşdirmək hələ də mümkün olmayıb. Lent.az xəbər verir ki, 40-45 yaşlı həmin şəxsin bədəninin demək olar ki bütün hissəsi, eləcə də sifət nahiyəsi yandığından onun şəxsiyyətini müəyyənləşdirmək çətinləşib. Həmçinin intihar edən şəxsin paltarının qalıqları arasında onun sənəndlərini və ya sənəd qalığını da tapmaq mümkün olmayıb.

 

Bildirilir ki, metronun "İçərişəhər" stansiyası yaxınlığına, Filarmoniya bağına gələrək üstünə benzin tökən həmin şəxsin əynindəki paltarlar çox nazik olub. Bu səbəbdən onun bədəni qısa zamanda tamamilə yanıb.

 

Hadisə vaxtı, yəni dünən saat 05:20 radələrində Filarmoniya bağında kimsə olmadığından və köməyə gələn şəxslər su, torpaq kimi yanğınsöndürmə vasitələri tapa bilmədiyindən həmin şəxsə kömək etmək mümkün olmayıb.

 

Araşdırmalar davam etdirilir.

 

 

*****

 

9 mart

 

Bu gün səhər saatlarında Bakının mərkəzində, Filarmoniya bağında üstünə benzin tökərək özünü öldürən şəxs vəfat edib. Lent.az-ın məlumatına görə, 40-45 yaşlı həmin şəxsin xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntihar edən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir.

 

*****

 

10:14

 

Bu gün səhər saatlarında Bakının mərkəzində intihara cəhd olub. Lent.az-ın məlumatına görə, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının yaxınlığında, Filarmoniya bağında şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.

 

O, xəstəxanaya yerləşdirilib.

 

Özünü yandıran şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 447

Oxşar yazılar