<span style="color:red;">Bakıda ŞOK OLAY:  ana 15 yaşlı qızını öldürdü - YENİLƏNİB
04 avqust 2016 13:24 (UTC +04:00)

Bakıda ŞOK OLAY: ana 15 yaşlı qızını öldürdü - YENİLƏNİB

0

Daxili İşlər Nazirliyi Bakıda ananın yeniyetmə qızını qətlə yetirməsi faktı ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.

 

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.

 

Araşdırma aparılır.

 

*****

 

11:11

 

Bakıda ana qızını öldürüb. Lent.az-ın məlumatına görə, hadisə Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova qızı, 2001-ci il təvəllüdlü Ehsanə Cəfərovanı boğub öldürüb. Z. Cəfərova saxlanılıb.

 

İlkin araşdırma zamanı məlum olub ki, ana və 15 yaşlı qızının münasibətləri bir müddət imiş pozulubmuş. Qızının hərəkətlərindən narahat olan Z. Cəfərova ona bir neçə dəfə xəbərdarlıq edib. Nəhayət, dünən əsəblərinə hakim ola bilməyən 35 yaşlı qadın 15 yaşlı qızını boğaraq öldürüb.

 

Qeyd edək ki, ailə başçısı hazırda həbsxanadadır.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 599

Oxşar yazılar