<span style="color:red;">Bakıda QƏTL:  ata oğulluğunu öldürdü
30 iyul 2014 10:23 (UTC +04:00)

Bakıda QƏTL: ata oğulluğunu öldürdü

0

Bakının Xəzər rayonunda qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Buzovna qəsəbəsi Aydın Xəlilov küçəsi döngə 2, ev 7 ünvanının qarşısında həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Hüseynov Ağaməmməd Ağaəli oğlu oğulluğu, 1981-ci il təvəllüdlü Həsənov Samir Maşallah oğlunu bıçaqlayıb. Ağır bədən xəsarətləri almış Samir Həsənov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətmiş ata saxlanılıb.

 

İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində törədilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3658

Oxşar yazılar