<span style="color:red;">Bakıda qəribə olay:  məktəbin zirzəmisindən silah-sursat tapıldı
13 iyul 2016 12:58 (UTC +04:00)

Bakıda qəribə olay: məktəbin zirzəmisindən silah-sursat tapıldı

0

Bakıda orta məktəblərdən birindən silah-sursat tapılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 12-də Xətai rayonundakı 261 saylı məktəbin direktoru məktəbin zirzəmisində təmir işləri aparılarkən silah və sursat tapılması barədə Xətai RPİ 34-cü PB-yə müraciət edib. Hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan 1 ədəd alışqansız “F-1” qumbarası, 1 ədəd alışqanlı “RQD-5” qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd “Viola-M” rabitə qurğusu aşkar edilərək götürülüb.

 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 519

Oxşar yazılar