Fövqəladə Hallar Nazirliyi Binəqədi rayonunda baş verən intihar cəhdi ilə bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Binəqədi rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.
****
16:49
Bakıda orta yaşlı şəxs özünü binadan atmaq istəyir. Lent.az-ın məlumatın görə, 9-cu mikrorayonda, Zərifə Əliyeva adına göz xəstəxanasının yanında, zeytun bağının içərisində tikilmiş çoxmərtəbəli binanın üstünə çıxan şəxs özünü yerə atacağını deyir.
Hadisə yerinə polis, eləcə də təcili tibbi yardım briqadası və xilasedicilər gəlib.
Qeyd edək ki, hadisə ilə bağlı informasiya və fotoları soisial şəbəkədə jurnalist Əzizə İsmayılova paylaşıb.