Bakıda güclü yanğın: nənə və nəvələri xəstəxanalıq oldu
26 iyul 2016 11:34 (UTC +04:00)

Bakıda güclü yanğın: nənə və nəvələri xəstəxanalıq oldu

0

Bakıda mənzildə yanğın olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 25-də saat 21 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yaşayan Valentina Zaqayevskayanın mənzilində yanğın baş verib. Nəticədə 54 kvadrat metr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Xəsarət almış V.Zaqayevskayaya, nəvələri Nərminə və Kamrana xəstəxanaya aparılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar