<span style="color:red;">Bakıda faciə:  <b>nənə öldü, nəvənin vəziyyəti ağırdır</b>
28 noyabr 2016 10:09 (UTC +04:00)

Bakıda faciə: nənə öldü, nəvənin vəziyyəti ağırdır

0

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, noyabrın 27-də Səngəçal qəsəbəsində yaşayan 1966-cı il təvəllüdlü Səmayə Nəsirova və onun 6 yaşlı nəvəsi Nərmin dəm qazından zəhərlənib. Xəstəxanaya aparılan 50 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. 6 yaşlı qız isə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində yerləşdirilib.

 

Bildirilir ki, nənə və nəvəsi hamamda olarkən qazdan zəhərləniblər.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar