Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 5-də paytaxtın Nizami rayon sakini Xətai Ağakişiyev yaşadığı evin eyvanından ehtiyatsızlıq nəticəsində (4-cü mərtəbədən) yıxılıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş X. Ağakişiyevin həyatını xilas etmək mümkün olmayıb.