<span style="color:red;">Bakıda dəniz sahilində dəhşət:  dalğalar qadın meyiti gətirdi
17 noyabr 2014 12:49 (UTC +04:00)

Bakıda dəniz sahilində dəhşət: dalğalar qadın meyiti gətirdi

0

Bakıda naməlum qadın meyiti tapılıb. Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Bakı-Ələt magistralının kənarında baş verib. Dəniz sahilindən, yoldan təxminən 20 metr aralıda 25-30 yaşlı qadına məxsus meyit tapılıb. Məlum olub ki, dənizdə boğulan qadının meyitini dalğalar sahilə çıxarıb.

 

Ölən şəxsin kimliyi məlum deyil. Qadının bədbəxt hadisə nəticəsində ölməsi və ya intihar etməsi də bilinmir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5337

Oxşar yazılar