Bakıda dəhşətli qətl: başına kubiklə vurub öldürdülər
25 iyul 2014 18:52 (UTC +04:00)

Bakıda dəhşətli qətl: başına kubiklə vurub öldürdülər

0

Bakıda qətl törədilib.


 

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Koroğlu” Metrostansiyası yaxınlığında yerləşən körpünün altında qeydə alınıb. Adı hələlik istintaqa məlum olmayan 35-40 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən başına “kubik”lə vuraraq qətlə yetirilib.

 

Baş vermiş qətl hadisəsi ilə bağlı əməliyyat qrupu yaradılıb.

 

Hazırda qətlə yetirilən və hadisəni törədən şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2282

Oxşar yazılar