Bakıda dəhşətli olay: özünü qalstukla boğub öldürdü
27 dekabr 2014 11:46 (UTC +04:00)

Bakıda dəhşətli olay: özünü qalstukla boğub öldürdü

0

Bakının Səbail rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Buxta küçəsi 7 ünvanında kirayədə yaşayan Qusar rayon sakini, 1990-cı il təvəllüdlü Qarayev Mais Qusar oğlu özünü asaraq intihar edib. 24 yaşlı M.Qarayev özünü qapının əlcəyinə bağladığı qalstukla boğub.

 

Bildirilir ki, M.Qarayev həmin ünvanda 1958-ci il təvəllüdlü Bakı sakini Qəribov Teymur Mürsəl oğluna məxsus evdə müvəqqəti yaşayırmış. O, ailəli olub və hadisə vaxtı ailə üzvləri mənzildə olmayıb.

 

O da bildirilir ki, intihar edən şəxsin banklara külli miqdarda borcu olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar