Bakıda faciəvi şəkildə ölən qızlar dəfn edildi - FOTO - YENİLƏNİB
30 oktyabr 2016 09:02 (UTC +04:00)

Bakıda faciəvi şəkildə ölən qızlar dəfn edildi - FOTO - YENİLƏNİB

0

Oktyabrın 29-na keçən gecə Bakı şəhərinin Nərimanov rayonunda dəm qazından boğularaq ölən qızlar dəfn edilib. Lent.az-ın məlumatına görə, Salyan rayon sakini olan 18 yaşlı Xanım Zeynalova və 14 yaşlı Aytən Allahverdiyeva doğma rayonlarında dəfn edilib.

 

 

Bildirilir ki, X.Zeynalova Maliyyə Kredit kollecinin tələbəsi, 14 yaşlı Aytən isə Bakıdakı 47-saylı orta məktəbin şagirdi olub. Onlar hamam otağında olarkən dəm qazından boğulublar. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

````

 

29 oktyabr

 

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.

 

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb. Rayon sakinləri, 18 yaşlı Xanım Zeynalova və onun xalası qızı, 13 yaşlı Aytən Allahverdiyeva yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar