<span style="color:red;">Bakıda DƏHŞƏT:  özünü 10-cu mərtəbədən atdı - <span style="color:red;">YENİLƏNİB
17 avqust 2015 11:55 (UTC +04:00)

Bakıda DƏHŞƏT: özünü 10-cu mərtəbədən atdı - YENİLƏNİB

0

Bakıda intihar hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü İqbal Kərtim oğlu Zeynalov 10-cu mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

 

Nizami Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, intihar edən şəxs “Azəriqaz”da sürücü işləyirmiş. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

 

*****

11:30

 

Bu gün səhər saatlarında Bakı şəhərinin Nizami rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, E.Süleymanov küçəsində (8-ci km bazarının yaxınlığı) yerləşən 14 mərtəbəli binadan 45-50 yaşlı kişi özünü atıb. O, hadisə yerindəcə keçinib.

 

İlkin araşdırmalar nəticəsində həmin şəxsin özünü 10-cu mərtəbədən atdığı məlum olub.

 

Ölən şəxsin kimliyi hələlik dəqiqləşməyib, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 588

Oxşar yazılar