Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 8-də saat 15 radələrində Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Yevgeni Kraynov idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb. Sərnişini, Bakı şəhər sakini Aleksandr Tarusov isə xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.