<span style="color:red;">Bakıda ağır qəza:  avtomobillər aşdı
02 may 2014 16:01 (UTC +04:00)

Bakıda ağır qəza: avtomobillər aşdı

0

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

 

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

 

Samir Zakir oğlu Ömərovun idarə etdiyi “90-DG-095” dövlət nömrə nişanlı, “Opel” markalı avtomobillə, Kənan Sakit oğlu Kazımovun idarə etdiyi “99-GK- 708” dövlət nömrə nişanlı “Ford” markalı yük avtomobilləri toqquşub. Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1316

Oxşar yazılar