Salyanda 23 yaşlı gənci qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlunu qətlə yetirən Salyan rayon sakini 1996-cı il təvəllüdlü Qurbanov Ağaqulu Qubad oğlu saxlanılıb.
Qətlin motivi araşdırılır.
Qeyd edək ki, bu gün saat 12.30 radələrində Salyan şəhərində üzərində bıçaq yarası olan gənc aşkar edilib. Onun Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlu olduğu müəyyən edilib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib.
xxx
13:27
Salyanda 23 yaşlı gənc qətlə yetirilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 12.30 radələrində Salyan şəhərində üzərində bıçaq yarası olan meyit aşkar edilib.
Meyitin Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğluna məxsus müəyyən edilib. A. Davudovun kim tərəfindən öldürüldüyü hələlik məlum deyil.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
xxx
13:09
Bu gün saat 12:30 radələrində Salyan şəhərində qətl hadisəsi törədilib. Lent.az “Report”a istinadən xəbər verir ki, təqribən 30-35 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisəni törədən şəxs gizlənib. Zərərçəkənin şəxsiyyəti hələlik məlum deyil. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.