Azərbaycanda DƏHŞƏTLİ OLAY: ata və oğul diri-diri yandı
07 mart 2019 09:16 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏTLİ OLAY: ata və oğul diri-diri yandı

0
Xaçmaz rayonunda yaşayış evinin yanması nəticəsində iki nəfər dünyasını dəyişib. ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yalama kəndində qeydə alınıb.  Kənd sakini 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğluna məxsus ümumi sahəsi 20 kvadratmetr olan bir mərtəbəli bir otaqlı ev yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi Əjdər Qədirov və övladı 2013-cü il təvəllüdlü Taleh Qədirovun yanmış meyitləri aşkar edilib.
 
Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 771

Oxşar yazılar