<span style="color:red;">Azərbaycanda GÖRÜNMƏMİŞ CİNAYƏT:  oğul bu maşınla atasının üstündən keçdi - <span style="color:red;">FOTO
16 may 2017 17:21 (UTC +04:00)

Azərbaycanda GÖRÜNMƏMİŞ CİNAYƏT: oğul bu maşınla atasının üstündən keçdi - FOTO

0

Mayın 14-də Sumqayıtda oğulun avtomobillə atasını vurub öldürməsi hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263 (ölümlə nəticələnən yol qəzası törətmə) və 264-cü (yol qəzası törədib qaçma) maddələri ilə başlanmış cinayət işi 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Lent.az xəbər verir ki, işin istintaqı Sumqayıt şəhər Polis İdarəsindən alınaraq şəhər prokurorluğuna verilib. İstintaqı müstəntiq Fərman Abdullayev aparır.

 

Bu arada məlum olub ki, “VAZ 2107” markalı avtomobillə atasını qəsdən vurub öldürən Nazim Rəsulovun 27 yaşı var. Onun atası Nizami Rəsulov Şabranda yaşayırmış və Sumqayıta oğlunun yanına gəlibmiş. Burada hələlik tam müəyyənləşməmiş səbəbdən oğulla atası arasında münaqişə baş verib. Daha sonra isə Nazim avtomobili yüksək sürətlə sürərək 20-ci məhəllədə yol kənarı ilə hərəkət edən atasını vurub öldürüb. O, nəqliyyat vasitəsi ilə birgə qaçsa da, hadisə şahidləri qəzanın qəsdən törədildiyini deyiblər və maşının əlamətlərini polisə deyiblər.

 

Oğlu tərəfindən xüsusi amansızlıqla öldürülən 57 yaşlı Nizami Rəsulov Şabranda dəfn edilib.

 

 

Araşdırmalar davam etdirilir.

 

27 yaşlı Nazimin dəhşətli cinayəti törətdiyi maşının fotosunu təqdim edirik.

 

*****

 

12:21

 

Mayın 14-də Sumqayıtda baş vermiş qətlin üstü açılıb. Lent.az xəbər verir ki, həmin gün saat 17 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin "VAZ-2107" markalı avtomobillə törədildiyi müəyyən edilib.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.

 

Faktla əlaqədar cinayət işi başlanılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 493

Oxşar yazılar