ABŞ səfiri: “Azərbaycanın yaşadığı ağrı-acı məni çox ağrıdır”
11 mart 2015 14:08 (UTC +04:00)

ABŞ səfiri: “Azərbaycanın yaşadığı ağrı-acı məni çox ağrıdır”

0
“Dünyanın heç bir ölkəsi Azərbaycanın yaxın tarixdə məruz qaldığı zorakılıq kimi hallardan sığortalanmayıb”.

 

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qafqaz Müsəlmanları İdarəsində (QMİ) sədr Allahşükür Paşazadə ilə keçirdiyi görüş zamanı deyib. O bildirib ki, ABŞ-ın özü də bu cür hallardan sığortalanmayıb: “Ona görə də biz belə halların baş verməməsi üçün birgə çalışmalıyıq”.

 

R. Sekutanın sözlərinə görə, Azərbaycanın məruz qaldığı hadisələr bir səfir kimi onun üçün çox önəmlidir: “Ölkənin yaşadığı ağrı-acı, xüsusilə Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır və bu hadisəni mən yaxından öyrənməliyəm. Bu, mənim üçün önəmlidir”. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 225

Oxşar yazılar