14 yaşlı məktəblinin ölümü ilə bağlı <span style="color:red;">RƏSMİ AÇIQLAMA  - <span style="color:red;">YENİLƏNİB
08 may 2018 15:09 (UTC +04:00)

14 yaşlı məktəblinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

0

 

Saatlı Rayon Təhsil Şöbəsi Sarıcala kəndində 14 yaşlı məktəblinin ölümü ilə bağlı məlumat açıqlayıb.

 

 

Rayon Təhsil Şöbəsindən Lent.az-ın sorğusuna verilən cavaba görə, Saatlı rayonu, Sarıcala kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Yəhya Ağayev tənəffüs zamanı ürək tutmasından vəfat edib. İlkin tibbi yardım göstərilməsinə və şagirdin xəstəxanaya çatdırılmasına baxmayaraq, onun  həyatını xilas etmək mümkün olmayıb.

 

 

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

 

 

 

***

 

 

13:44

 

 

Saatlıda məktəbdə ölüm hadisəsi baş verib.

 

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlu məktəbdə ölüb.

 

Onun hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır. Ehtimal olunur ki, məktəbli döyüldükdən sonra vəfat edib.

 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 423

Oxşar yazılar