<b>Zərdabda qəzada ölənlərin kimliyi məlum oldu</b> - <span style="color:red;">YENİLƏNİB
19 sentyabr 2016 00:38 (UTC +04:00)

Zərdabda qəzada ölənlərin kimliyi məlum oldu - YENİLƏNİB

0

Zərdabda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və  xəsarət alanların şəxsiyyətləri məlum olub. Xəsarət alanlardan  biri dünyasını dəyişib. 

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yerində dünyasını dəyişən "VAZ" markalı maşının sürücüsü Kürdəmir rayon sakini 1976-cı il təvəllüdlü Qabil Qaybalı oğlu Rzayevdir. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən  minik maşınında olan sərnişinlər, 1984-ci il təvəllüdlü Ramilə Rəhimdar qızı Zeynalova və onun azyaşlı qızı 2012-ci il təvəllüdlü Dəniz Kamran qızı Məmmədovadır. Həkimlərin səyinə baxmayaraq R. Zeynalova Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

 

Qeyd edək ki,    hadisə  bu gün axşam saatlarında Zərdab- Kürdəmir yolunun Zərdab rayonunun Əlvənd kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə  "VAZ" markalı maşının sürücüsü hadisə yerində dünyasını dəyişib, maşında olan bir qadın və bir azyaşlı isə ağır xəsarət alıblar. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları minik maşınının sürücüsünün sıxılmış  meyitini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Yaralılara  isə Zərdab rayon təcili tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və onlar ən  yaxın məsafədə yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.  Hadisənin baş vermə səbəbi araşdırılır.  

 

***

 

Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə  bu gün axşam saatlarında Zərdab- Kürdəmir yolunun Zərdab rayonunun Əlvənd kəndindən keçən hissəsində qeydə alınıb.

 

"VAZ-2106" markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə  "VAZ" markalı maşının sürücüsü hadisə yerində dünyasını dəyişib, maşında olan bir qadın və bir azyaşlı isə ağır xəsarət alıblar.

 

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları minik maşınının sürücüsünün sıxılmış  meyitini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Yaralılara  isə Zərdab rayon təcili tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və onlar ən  yaxın məsafədə yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

 

Kürdəmir Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hər iki yaralı xəstəxanaya koma vəziyyətində daxil olub şəxsiyyətləri barədə hələlik heç bir məlumat yoxdur.  Hadisənin baş vermə səbəbi araşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 263

Oxşar yazılar