Daxili İşlər Nazirliyi Lənkəranda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 12-də saat 09 radələrində Lənkəran rayonunun Gərmətük qəsəbəsində rayon sakini Rövşən Əliyevin idarə etdiyi "Tofaş" və Astara rayon sakini Xəyyam Nəsibovun idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub. Nəticədə R.Əliyev hadisə yerində ölüb, X.Nəsibovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
*****
13 noyabr
Lənkəranda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayon ərazisində "Tofaş" markalı minik avtomobili "Ford" markalı yük maşınına çırpılıb. Nəticədə "Tofaş"ı idarə edən 25 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. "Ford"da olan 18 yaşlı oğlan isə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, qəzaya səbəb "Tofaş"ın ötmə əməliyyatı apararkən yolun əks istiqamətinə çıxması olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.