[b]Yeniyetmə qız itkin düşüb - Dərsdən sonra evə dönməyib[/b]
0
0
Bakıda məktəbli qız itkin düşüb.
ONA-nın məlumatına görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 2002-ci il təvəllüdlü Məmmədova Məryəm Şükür qızı yaşadığı evdən çıxaraq 4 saylı Musiqi məktəbinə gedib.
O, dərsdən sonra evə geri qayıtmayıb və itkin düşüb. Bundan sonra ailəsi polisə məlumat verib.
Yeniyetmənin axtarışları Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılır.
0
0