<b>Yasamalda yanğın</b> - <span style="color:red;"><b>5 nəfər təxliyə edildi</b>
05 fevral 2018 01:13 (UTC +04:00)

Yasamalda yanğın - 5 nəfər təxliyə edildi

0

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları, ev əşyaları 20 m2 sahədə və dəhlizinin taxta atmaları 8 m2 sahədə yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 263

Oxşar yazılar