Xınalıqda turist qadın və daha 6 nəfər xilas edilib  - <span style="color:red;">FHN  - <span style="color:red;">YENİLƏNİB
03 sentyabr 2016 15:24 (UTC +04:00)

Xınalıqda turist qadın və daha 6 nəfər xilas edilib - FHN - YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyi Xınalıqda rusiyalı turistin xilas edilməsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Xınalıq kəndinə turist kimi istirahətə gəlmiş Rusiya Federasiyası vətəndaşının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Rayon ərazisinə yağan leysan yağışlar nəticəsində yolun yararsız hala düşməsi turistin geri qayıtmasını mümkünsüz edib.

 

Turistin təxirəsalınmaz tibbi yardıma ehtiyacı olduğunu nəzərə alaraq, əraziyə Nazirliyin Aviasiya Dəstəsinin helikopteri cəlb edilərək 1978-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı, Kuliniç Svetlana Yevgenyevnanın və digər təxliyəyə ehtiyacı olan 6 nəfər yerli sakininin Xaçmaş şəhərinə çatdırılması təmin edilib. Əməliyyat saat 11:40-da başa çatıb.

 

 

*****

 

12:05

 

Quba rayonunun Xınalıq kəndi ərazisində dağlıq ərazidə köməksiz qalmış rusiyalı turist qadın xilas edilib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kliçko Svetlana Yevgenyevna Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə ərazidən götürülb.

 

 

***

 

11:20

 

Quba rayonunun Xınalıq kəndinə gələn turist dağlıq ərazidə köməksiz qalıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şimal bölgəsinə yağan güclü yağış nəticəsində kəndə gələn yolu sel apardığından Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kliçko Svetlana Yevgenyevnanın qayıtması mümkünsüz olub.

 

Onun ərazidən götürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub.

 

Hazırda xilasetmə əməliyyatı davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar