Vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Elxan Babayevi cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Elxan Babayev barəsində polis nəzarətində qətimkan tədbiri dəyişdirilib və 8 il azadlıqdan məhrum etmə cəzası verilib.
Elxan Babayev məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, ittihama görə, Elxan Babayev vətəndaşların etibarından sui-istifadə edərək adına etibarnamə ilə olan avtomobilləri sataraq dələduzluq edib. İş üzrə 3 zərərçəkən var. Ümumilikdə ziyan 200 min manatdan çoxdur.
Ona Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.
İstintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.