<b>Üstünə benzin töküb özünü yandırdı - </b><span style="color:red;">TORPAĞA GÖRƏ <span style="color:red;"> - FOTO
10 aprel 2016 11:15 (UTC +04:00)

Üstünə benzin töküb özünü yandırdı - TORPAĞA GÖRƏ - FOTO

0

Ağcabədi sakini özünü yandırıb.

 

APA-nın məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib.

 

Qəsəbə sakini Həsənov Ziyaməddin Məhərrəm oğlu maşınındakı ehtiyat saxladığı benzinlə özünü yandırıb.

 

Yanıq xəsarəti alan Z.Həsənov Ağcabədi Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, yaralının həyatı təhlükəsi yoxdur. Z.Həsənov  ilkin izahatında həmkəndlisi Azər adlı şəxs ona məxsus olan torpaq sahəsində qanunsuz  qazıntı işləri apardığı üçün etiraz əlaməti olaraq özünü yandırdığını bildirib. 

 

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsi araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 483

Oxşar yazılar