<b>Universitetə tələbə "düzəldən" azadlığa çıxdı -<span style="color:red;">MƏHKƏMƏDƏN </b>
14 dekabr 2016 17:38 (UTC +04:00)

Universitetə tələbə "düzəldən" azadlığa çıxdı -MƏHKƏMƏDƏN

0

Ali məktəbə qanunsuz yollarla tələbə qəbul etdirməkdə təqsirləndirilən Bəxtiyar Həsənov, Xuraman Xudiyeva və Vaqif Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

 

Hakimlər kollegiyasının hökmünə əsasən Xuraman Xudiyeva və Bəxtiyar Həsənov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq edilərək şərti cəza verilib. B.Həsənov məhkəmə zalından azadlığa buraxılıb. Xuraman Xudiyeva isə istintaq dövründən zamində olub.

 

Vaqif Qəribov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, təqsirləndirilən B. Həsənov və V. Qəribov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə qəbul etdirmək adı ilə, zərərçəkmiş Natiq Abbasobdan TQDK-nın binası qarşısında 10 min manat pul alıblar. Xuraman Xudiyeva isə zərərçəkmiş Gülşən Fətəliyevanı dövlət komitəsində işə düzəltmək məqsədilə 7 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar