<b>Tanışını bıçaqlayan azyaşlı məhkəmə zalında <span style="color:red;">HƏBS EDİLDİ </b>
11 oktyabr 2017 12:19 (UTC +04:00)

Tanışını bıçaqlayan azyaşlı məhkəmə zalında HƏBS EDİLDİ

0

 

 

Tanışını bıçaqlamaqda təqsirləndirilən azyaşlı Sübhan Atakişiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə Sübhan Atakişiyev 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

 

Qeyd edək ki, hadisə Qaradağ rayonunda baş verib. Azyaşlı olan S.Atakişiyev tanışı Yusif Mehdiyevi əvvəl çayxanada döyüb, sonra bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatı xilas edilib.

 

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar