<b>Tanınmış həkimi öldürənlə bağlı <span style="color:red;">YENİ MƏLUMAT </b>
08 may 2019 13:38 (UTC +04:00)

Tanınmış həkimi öldürənlə bağlı YENİ MƏLUMAT

0
Bakıda tanınmış həkimi öldürməkdə təqsirləndirilən  İlqar Xancanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
 
Proses mayın 13-dək təxirə salınıb.
 
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
 
Tanınmış həkim olan A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1296

Oxşar yazılar