[b]Söyüşə görə tanışını öldürənə 12 İL HƏBS CƏZASI[/b]
06 iyul 2017 11:13 (UTC +04:00)

[b]Söyüşə görə tanışını öldürənə 12 İL HƏBS CƏZASI[/b]

0

Coratda birlikdə cəza çəkdiyi tanışını söyüşə görə qətlə yetirməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Rüfət Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki,  qətl bu il fevralın 7-də saat 22.30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində baş verib. Qəsəbə sakini Rüfət Quliyev yaşadığı evin yaxınlığında tanışı, 34 yaşlı Ramiz  Hətəmov və onunla birlikdə olan dostları ilə rastlaşıb.

 

Bu zaman Rüfət Quliyevlə Ramiz Hətəmovun arasında mübahisə yaranıb. Mübahisə zamanı onlar bir-birlərinin ünvanına söyüş söyüblər.

 

Daha sonra Ramiz Hətəmov və digərləri oranı tərk edib. Fevralın 8-də, səhər saat 09.00 radələrində sərxoş vəziyyətdə Rüfət Quliyevin evinə gələn Ramiz Hətəmov bir gün əvvəlki söyüşə görə, öz iradını bildirib. Köhnə tanışlar arasında yenidən mübahisə yaranıb.

 

 

Bu zaman Ramiz Hətəmov Rüfət Quliyevin ünvanına təhqiredici ifadələr işlədib. Təhqiredici söyüşlərə dözməyən Ruslan Quliyev baltaya əl atıb. O, balta ilə Ramiz Hətəmovun başına zərbələr endirib. Aldığı zərbələrin təsirindən Ramiz Hətəmov hadisə yerində ölüb. Cinayəti törədən Rüfət Quliyev könüllü olaraq polisə gələrək təslim olub.

Araşdırmalar zamanı məlum olub ki, hər iki təqsirləndirilən şəxs  əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkumluq həyatı yaşayıblar.

Onlar 3 saylı cəza çəkmə müəssisəsində bir yerdə cəza çəkiblər. Onlar cəza çəkdikləri müddətdə də tanış olublar.

 

Rüfət Quliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar