[b]Siqaretə görə adam öldürənlərə 28 İL CƏZA TƏLƏBİ[/b]
02 noyabr 2016 12:29 (UTC +04:00)

[b]Siqaretə görə adam öldürənlərə 28 İL CƏZA TƏLƏBİ[/b]

0

Qətl törətməkdə və oğurluqda təqsirləndirilən Babək Atamalıyev, yalnız oğurluqda təqsirləndirilən Musa Camalov və Hüseynağa Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxış edərək Babək Atamalıyevə 20 il, Həsən Camalov və Hüseynağa Ağayevə 4 il cəza istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Anar Qasımlı çıxış edərək bildirib ki, Babək Atamalıyevə ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Proses noyabrın 8-ə təyin edilib.

 

Qeyd edək ki, qətl hadisəsi bu ilin martın 22-də, gecə saat 01:00 radələrində baş verib. 27 yaşlı Namiq Məmmədov Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 6 saylı binanın qarşısında üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib. Həmin fakta görə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini B.Atamalıyev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, N.Məmmədov doğulduğu gün qətlə yetirilib. Hadisə şahidləri bildirib ki, mərhum gənc işdən qayıdarkən siqaret almaq üçün məhəlləyə yaxın ərazidə dükana girib. Mağazadan çıxan N.Məmmədov 3 şəxs yaxınlaşıb və siqaret istəyiblər. N.Məmmədovun onlara siqaret vermək istəməməyi mübahisəyə səbəb olub. Beləliklə, mərhumu təqib edən həmin şəxslər həyətə girənə qədər onu söyüb təhqir ediblər. Təhqirlərdən bezən N.Məmmədov həyətə girən kimi, blokun önündə dayanan 4 qonşunu köməyə çağırıb. Qonşuların mübahisəyə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, siqaret arzusunda olan şəxslərdən biri-1996-cı il təvəllüdlü B.Atamalıyev üzərində gəzdirdiyi bıçağı çıxararaq N.Məmmədovu vurub və qaçıb. Qonşular qatilin arxasıyca qaçmaq istəsələr də o, əlindəki soyuq silahla hamını hədələyərək aradan çıxa bilib. N.Məmmədovu öldürəndən sonra qatil və onun yanındakı digər şəxslər növbəti cinayəti törədiblər. Qonşu məhəlləyə qədər qaça bilən şəxslər dükan yarıblar və məhz bu zaman polis tərəfindən tutulublar. Hüseynağa Ağayev və Həsən Camalov da məsuliyyətə cəlb edilib. Hər iki şəxsin barəsində polis nəzarəti altında qəti imkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar