Şəmkirdə ev yandı: 2 azyaşlı tüstüdən zəhərləndi
22 may 2019 13:53 (UTC +04:00)

Şəmkirdə ev yandı: 2 azyaşlı tüstüdən zəhərləndi

0
Şəmkir rayonunda fərdi yaşayış evində baş verən yanğın zamanı 2 nəfər azyaşlı tüstüdən zəhərlənib.
 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Şəmkir rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1000

Oxşar yazılar