<b>Bələdiyyə sədri və ərinin qətli ilə bağlı məhkəmədə şahid:<span style="color:red;"> "Atamı döydü...." </b>
01 sentyabr 2016 18:18 (UTC +04:00)

Bələdiyyə sədri və ərinin qətli ilə bağlı məhkəmədə şahid: "Atamı döydü...."

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və ərini qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

 

Lent.az-ın  məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən  prosesdə Günel və Günay İsmayılova bacıları ifadə veriblər.

 

Sumqayıt şəhəri Corat qəsəbsəsində yaşayan bacılar bildiriblər ki, 2014-cü ilin noyabrın 23-də təqsirləndirilən F.Hüseynova onlara gəlib: "Fədai ilə qohum olmuşuq. O, yaşadığımız evə gəlib, atamız Araz İsmayılovu döyüb, bizi də hədələyib. Biz də polisə müraciət etmişik. Bundan sonra Fədaiyə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb".

 

Məhkəmənin növbəti iclası sentyabrın 8-də davam edəcək.

 

 Qeyd edək ki, qətl ötən ilin iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar