<b>Salyanda “VAZ”la “KamAZ” toqquşdu</b> - <span style="color:red;"><b>2 yaralı</b>
19 mart 2018 21:17 (UTC +04:00)

Salyanda “VAZ”la “KamAZ” toqquşdu - 2 yaralı

0

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, rayonun Qaraçala kəndində VAZ 2106 markalı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

 

Hadisə nəticəsində minik avtomobilində olan Salyan rayonu Qarabağlı kənd sakinləri, 1993-cü il təvəllüdlü Məhərrəmov Yusif Sübhan oğlu və 1989-cu il təvəllüdlü Qaraxanov İlkin Ziyəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar