<b>Şabranda ev yandı - <span style="color:red;">14 yaşlı oğlan xəsarət aldı </b>
19 sentyabr 2016 19:55 (UTC +04:00)

Şabranda ev yandı - 14 yaşlı oğlan xəsarət aldı

0

Şabran rayonunda yanğın olub.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində rayon sakini, 1947-ci il təvəllüdlü Qasımov Nadir Feyzulla oğluna məxsus, ümumi sahəsi 100 kv. m olan evin 33 kv.m yanıb.

 

Yanğın nəticəsində ev sahibinin nəvəsi, 2002-ci il təvəllüdlü Qasımov Yusif Namiq oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti stabildir.

 

Yanğının səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar