Dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı çıxışında Fərhad Məmmədxanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkənin nümayəndəsi prokuror çıxışı ilə razı olduqlarını lakin onlara dəymiş ziyanın ödənilməsini istəyib.
Məhkəmə mayın 18-də davam edəcək
Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov Hacı Eldar Hənifəyevi 180 min manat pulunu mənimsəməkdə təqsirli bilinir. Həmin zərərdən 30 min manat qaytarılıb.
Fərhad Əmirxanov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham verilib.