[b]Rüşvət alan məmura 9 il HƏBS[/b]
11 iyul 2016 15:57 (UTC +04:00)

[b]Rüşvət alan məmura 9 il HƏBS[/b]

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xızı rayon Arxiv İdarəsinin keçmiş əməkdaşı Paşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum olunub. Azadlıqda olan P. Məmmədov məhkəmə zalından həbs edilib.

 

Qeyd edək ki, P. Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinə əsasən təqsirləndirilib. O, rayon sakini Kərimula Kərimovdan arayış vermək üçün 1300 manat rüşvət alıb. İstintaq zamanı onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar