[b]Rəsmi sənədləri saxtalaşdırmadan şəxs MƏHKƏMƏ QARŞISINDA[/b]
03 may 2019 14:23 (UTC +04:00)

[b]Rəsmi sənədləri saxtalaşdırmadan şəxs MƏHKƏMƏ QARŞISINDA[/b]

0
Dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Lent.az-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşədirilib.
 
Məhkəmənin baxış iclası mayın 10-na təyin edilib.
 
Qeyd edək ki, 1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirli bilinir. 
 
Vətəndaşların şikayətləri əsasında, H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, lakin o, istintaqdan yayınıb. Daha sonra H.Hacıyev “İnterpol” xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.
 
Cinayət işində 5 zərərçəkmiş var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1180

Oxşar yazılar