[b]Qrup üzvləri yaxalandı - Pul, qızıl-zinət əşyaları...[/b]
07 may 2019 12:30 (UTC +04:00)

[b]Qrup üzvləri yaxalandı - Pul, qızıl-zinət əşyaları...[/b]

0
Pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıb.
 
DİN Mətbuat Xİdmətinin Bərdə regional qrupundan verilən məlumata görə, mayın 4-də Bərdə rayon sakini Tural Çingizov RPŞ-yə ərizə ilə müraciət edərək evindən pul və qızıl-zinət əşyalarının oğurlandığı barədə məıumat verib.
 
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Aqil Maqsudov, Xəyal Vəzirov, Elməddin İsgəndərov və Rəhman Səfərov saxlanılıb. Araşdırmalarla onların 1730 manat dəyərində pul, 1 cüt qızıl sırğa, 2 ədəd üzük, 1 ədəd boyunbağı və bilərzik oğurladıqları müəyyən edilib. Oğurlanmış pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1120

Oxşar yazılar