[b]Qonşusunu bıçaqlayan gəncə HÖKM OXUNDU[/b]
27 noyabr 2017 11:21 (UTC +04:00)

[b]Qonşusunu bıçaqlayan gəncə HÖKM OXUNDU[/b]

0

 

 

Qonşusunu bıçaqlamaqda təqsirləndirilən cinsi azlıq nümayəndəsi 1996-cı il təvəllüdlü İslamov Kamran Arif oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

 

 Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

 

Hakimlər kollegiyasının hökmünə əsasən K.İslamov 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, təqsirləndirilən Kamran İslamov cinsiz azlıq nümayəndəsidir və özü də bunu etiraf edib.

 

Məhkəmədə hadisəyə səbəb kimi təqsirləndirilən şəxs onu göstərmişdi ki, qonşusu onunla cinsi əlaqədə olmaq istəyibmiş.

 

Zərərçəkmiş şəxs Kamran İslamovun qonşusu Murad Həsənovdur. O, hadisənin baş vermə səbəbi kimi Kamranın atasına olan 50 manat borca görə başlayan mübahisəni göstərib. Kamranın atası da bu məzmunda ifadə verib.

 

Kamran məhkəmədə qonşusu Vüqarın onu zorlamaq istədiyini, etiraz etdikdə isə yaxınlarının ünvanına təhqirlər işlətdiyi üçün onu vurduğunu demişdi. Sonra isə hansısa səbəbdən ifadəsini dəyişdi və hadisənin baş verməsinə 50 manat borcun üstündə olan mübahisənin səbəb olduğunu bildirdi.

 

K.İslamova qarşı bir neçə il əvvəl, azyaşlı olarkən seksual hərəkətlər edilib. Bununla bağlı cinayət işi açılıb. K.İslamov deyib ki, sonra həmin cinayət işi bağlanıb.

 K.İslamov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. Bu onun ilk məhkumluğudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar