[b]Qazaxda “Opel”lə “Mercedes” toqquşdu[/b] - [b]4 yaralı[/b]
12 noyabr 2017 20:04 (UTC +04:00)

[b]Qazaxda “Opel”lə “Mercedes” toqquşdu[/b] - [b]4 yaralı[/b]

0

Qazaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Qərb bürosunun verdiyi məlumat görə, hadisə rayonun Kommuna kəndi ərazisində qeydə alınıb.

 

“Opel” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər Qazax şəhər sakini -  1989-ci il təvəllüdlü Bəşirov Nadir Rəşad oğlu, 1991-ci il təvəllüdlü Mancanov Rəhman Abdi oğlu, 1989-cu il təvəllüdlü İbrahimov Rasim Nazim oğlu və Daş Salahlı kənd sakini 1966-cı il təvəllüdlü Teymuz Cəmalı Elman qızı müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

 

Faktla balı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar