<b>Qaynanasını bıçaqlayan kürəkənə <span style="color:red;">1 İL HƏBS </b>
26 sentyabr 2017 15:28 (UTC +04:00)

Qaynanasını bıçaqlayan kürəkənə 1 İL HƏBS

0

Bakıda qayınanasını bıçaqlamaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü İsgəndərov Naiq Cavan oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə N.İsgəndərov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində olan Cinayət Məcəlləsinin  126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub.

 

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında N.İsgəndərovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, hadisə bu il aprel ayında Sabunçu rayonu, Anaşkin küçəsi, ev 10-da qeydə alınıb. Həmin ünvanda 1961-ci il təvəllüdlü Hürü Qədim qızı Qurbanova qızı Leyla İsgəndərovanın evinə qonaq gəlib.

Məlum olub ki, Naiq İsgəndərov ailəsinə müdaxilə edib. Dəfələrlər onların ailə söhbətlərinə qarışan qaynana ilə kürəkən arasında mübahisə yaranıb. Qaynana kürəkəninə "sən kişi deyilsən" deyib. Bu zaman Naiq İsgəndərov özündən çıxaraq ona bir bıçaq zərbəsi vurub. Hətta kürəkən bıçaqladığı qaynanasını özü xəstəxanaya aparıb.  

Məhkəmə istintaqı dövründə zərərçəkmiş qayınana kürəkəni ilə barışdığını və hadisədə özünün günahkar olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar