Qardaşının arvadını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Əliəkbər Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxışında Ə.Abdullayevin 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses martın 7-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən il avqustun 8-də Bakının Xəzər rayonunda baş verib. Xəzər rayonu, Binə qəsəbəsinin sakini, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.
Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.