Qardaşını al-qana bulayana 7 İL HƏBS TƏLƏBİ
0
0
Xuliqanlıq niyyəti ilə bıçaqlamaqda təqsirləndirilən Sərxan Hacallının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxışında S.Hacallının 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.
Qeyd edək ki, S.Hacallı mübahisə zəmində qardaşı Qaraxan Acalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan S.Hacallı barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.
0
0