Dünən Bakının Xəzər rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Şüvəlan qəsəbə sakini olan 71 yaşlı Ceyhun Qulamov 81 yaşlı bacısı Arifə Qulamovanı mülk üstündə qətlə yetirib. Belə ki, hər iki şəxs eyni ünvanda yaşayırmış və onlar uzun müddətdir ki, Şüvəlandakı evə görə münaqişəli vəziyyətdə imiş.
Dünən səhər saatlarında C.Qulamov 81 yaşlı bacısının başına çəkiclə bir neçə zərbə endirərək onu öldürüb. O daha sonra özünə xəsarət yetirərək intihar etməyə çalışıb.
*****
10:18
Bakının Xəzər rayonunda qardaş bacısını ödürüb, daha sonra özünə xəsarət yetirib.
Lent.az-ın Report-a istinadən məlumatına görə, bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.
Belə ki, rayonun Şüvəlan qəsəbə sakini Ceyhun Qulamovla bir evdə yaşadığı bacısı Arifə arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Qulamov bacısının baş nahiyəsindən küt alətlə vuraraq onu qətlə yetirib.
Hadisədən sonra C.Qulamov hər iki biləyini kəsərək özünə xəsarət yetirib. 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən C.Qulamov polis nəzarətindədir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən ad öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.