Dələduzluqda təqsirləndirilən Ceyran Rüstəmova, Reyhan Hüseynova, Yaşar Rəsulov və Kəmalə Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə məhkəm istintaqı başa çatıb. Söz dövlət ittihamçısı verilib. Prokuror çıxışında C. Rüstəmovanın 14 il, R. Hüseynovanın 13 il, Y. Rəsulovun 11 il, K. Rüstəmovanın isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses noyabrın 2-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldadıblar. Təkcə Səkinə Sadıqovanın dəyəri təxminən 300 min manat olan obyekti mənimsənilib. Əvəzində isə ona 100 min manat ipoteka şəklində kredit söz verilib.